Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə banan yemək qəti olmaz?

  • 2025.01.24 19:11
  • 593 Baxış
Kimlərə banan yemək qəti olmaz?

Banan nə qədər yumşaq, faydalı meyvə olsa da bəzi xəstələrdə xəstəliyi daha da kəskinləşdirə bilər.


“Medicina” xəbər verir ki, Qastroenteroloq Svetlana İlyaşenko mədə-bağırsaq xəstəlikləri olan insanların banandan uzaq durmalarını tövsiyə edib.


“Banan B qrup vitaminləri, C vitamini, dəmir, kalsium, kalium, flüor və fosfor kimi faydalı maddələrlə zəngindir. Bununla belə, bu meyvələrin istifadəsi mədənin eroziv və xoralı zədələnməsi hallarında əks göstərişdir”.

Həkim əlavə edib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlar üçün də bananı qida rasionundan çıxarmaq daha yaxşıdır.

“Bu tip meyvələr həll olunan lif və şəkərlərlə zəngindir, mədə-bağırsaq traktında mövcud problemlər varsa, narahat və ağrılı simptomlar, o cümlədən şiddətli şişkinlik və meteorizm səbəb ola bilər.

Banan kaliumla zəngindir və bu, böyrək problemi olan insanlar üçün zərərli ola bilər. Böyrəklər qanda kalium səviyyəsinə nəzarət etməkdən məsuldur və onunla zəngin olan bananlar bu orqanın yüklənməsinə kömək edə bilər”.

Bundan əlavə, həkimlər acqarına banan yeməyin təhlükələri barədə xəbərdarlıq edirlər. Bu zaman qanda nəinki şəkərin miqdarı kəskin şəkildə artır, həm də onlarda mövcud olan minerallar da sürətlə udulur. Nəticədə bədəndə kalium və maqnezium balansı pozula bilər ki, bu da ürək əzələsinin işləməməsinə səbəb ola bilər.


Aygün Musayeva