Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə alma yemək olmaz? - Həkim açıqladı

  • 2022.08.22 14:49
  • 2970 Baxış
 Kimlərə alma yemək olmaz?   -  Həkim açıqladı

Meyvələrin ən faydalısı alma bir neçə qrup insanlara əksinə zərərlidir.


"Medicina" xəbər verir ki, həkim dietoloq Rimma Moysenko kimlərə almanın əks göstəriş olduğunu açıqlayıb.


"Şəkərli diabet, pankreatit xəstələrinə alma məsləhət deyil. Onda fruktoza çoxdur. Fruktoza qaraciyərin də düşmənidir.

Həddən artıq çox alma yemək metobolik prosesləri pozur.

Azyaşlı uşaqlara da alma püresi çox verməyin. Qanda şəkər norması aşılır.

ÜST məlumatlarına görə, insan sutkada 200-300 qram meyvə yeməlidir. Fərqi yoxdur, alma, armud və ya başqası. Ən yaxşısı günə bir alma yeməlkdir.

Almanın ən faydalı hissəsi mərkəzdəki çətirdək olan yerdir. Onu kəsib atmayın.

Turş almada olan orqanik turşular isə mədə bağırsağı aşılayır. Aktiv qastriti olanlara alma birbaşa olmaz. Onu başqa qidaya qatıb yeyin.
Acqarına da alma və şirəsi qəti olmaz".

Aygün Musayeva