Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərdə tromb riski yüksəkdir? - Həkim açıqladı

  • 2022.08.11 18:09
  • 3228 Baxış
Kimlərdə tromb riski yüksəkdir?  - Həkim açıqladı
Son zamanlar vaxtsız və qəfləti baş verən ölümlərin sayı artıb. Bunların əksəriyyəti tromblarla əlaqələndirilir. Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır.


Medicina.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

Uzman həkimin sözlərinə görə, hərəkətli tromblar çox təhlükəlidir, çünki ürək yığılıb açıldıqda hərəkət edib beyinə, qarın orqanlarına, ağciyərlərə sıçraya bilirlər. Bu isə çox zaman ciddi fəsadla və ya ölümlə nəticələnə bilir.


Kimlərdə tromb riski yüksəkdir?

- artıq çəkili insanlar;
- az hərəkətli insanlar;
- sağlam həyat tərzi keçirməyən insanlar;
- ayaqlarına daha çox yük düşən insanlar;
- aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar.