İnsan dərisində gündə 0,5 litrə qədər maye ifraz edən milyonlarla tər vəziləri var. Normalda tər qoxu verməməlidir. Ancaq bakteriyaların və daxili patoloji şərtlərin təsiri altında xüsusi bir qoxu əldə edir.
“Medicina” xəbər verir ki, həkim Dilara Lebedevanı sözlərinə görə, qaraciyər, öd kisəsi və bağırsaqlar yüklənirsə və ya səmərəsiz işləyirsə, o zaman xoşagəlməz qoxu başlayır.
Həkim xoşagəlməz qoxunun səbəblərini açıqlayıb:
Qidalanma. Yeməyə ədviyyatlar (acı bibər, xardal, sarımsaq, soğan, zəncəfil, horseradish) qatılması. Donuz əti və lobya da tərə çox pis qoxu verir. Tərkibində kofein və teobromin olan məhsullar (qəhvə, çay, şokolad, kakao, Coca-Cola) da bura daxildir.
Pis vərdişlər. Alkoqol, nikotin, sintetik narkotik maddələr termorequlyasiya sisteminin tarazlığını pozur, kifayət qədər bol tərləməyə kömək edir.
Geyim. Nəfəsalma qabiliyyəti az olan parçalardan (polyester, neylon) hazırlanmış geyimlər bədən səthindən nəmin buxarlanmasının qarşısını alır, tərləmənin daha da aktivləşməsinə kömək edir.
Gigiyena. Qoltuqlardakı tüklər dərinin səthindən tərin buxarlanmasını ləngidir və uzun müddət xoşagəlməz qoxunu saxlayır.
Stress. Uzun müddət davam edən sinir gərginliyi, qorxu, emosional qeyri-sabitlik, tez-tez stress tərləmənin səbəbi ola bilər.
Aynurə Məmmədova