Kartof və pomidor bəzi mədə-bağırsaq xərçəngi riskini artıran qidalar hesab olunur.
“Medicina” xəbər verir ki, toksikoloq Mixail Kutuşov orqanizmə neqativ təsir edən 3 tərəvəzi açıqlayıb.
“Əgər insanın mədə-bağırsaq sistemi tam sağlam deyilsə, selikli qişalarında yara, xora, zədələnmə varsa, kartof, pomidor, badımcanın qəbulu vəziyyəti daha da pisləşdirə bilər.
Qastrit və xoralı mədə-bağırsaqda pomidor və kartof xərçəng riskini artırır. Çünki onlar yaxşı həzm olunmayacaq, selikli qişaları qıcıqlandıracaq, bağırsaqda toplanıb iltihaba səbəb olacaq.
Eləcə də bu tərəvəzlərdə solanin adlı toksin var. O maddələr mübadiləsini pozur, böyrək, qaraciyər, sinir sisteminə zərbə vurur.
Orqanizmi bu toksinlərdən qorumaq üçün yaşıl rəng, acı dadlı kartofdan, yaxşı yetişməmiş çiy pomidordan, çiy badımcandan uzaq durmaq lazımdır.
Aygün Musayeva