Gündə 400 mq-dan artıq kofein taxikardiya, yuxusuzluq, təzyiq yarada bilər. Qəhvə hətta infarkta da səbəb ola bilər.
“Medicina”xəbər verir ki, biologiya elmləri doktoru İrina Kolesnikova kofeinin orqanizmdə metobolizmi prosesindən danışıb.
“Kofeinin metobolizmində iştirak edən əsas ferment P350 1A2 adlı sitoxromdur. Əgər insanda bu gen normal və aktivdirsə, insan gündə 3-fincan qəhvə içə bilər.
Hətta 1 fincan qəhvə bu insanlarda ürək tutması riskini azaldır. Ola bilər qəhvə sitoxromların işini aktivləşdirir.
Ona görə genlərin aktivliyini bilmədən hər kəsə eyni doza qəhvəni uyğun hesab etmək olmaz. Çünki hər kəs kofeini fərqli tezlikdə mənimsəyir. Ona ğörə qəhvə içdikdən sonra özünüzü necə hiss etdiyinizə baxın, əgər baş ağrısı, ürəkdöyünmə, narahatlıq olarsa, deməli, sizə uyğun deyil.
Ürək ritmi pozulanlar, yuxusuzluğu olanlar kofeinlə ehtiyatlı olmalıdır.
Kofein hətta sitramon və askofen dərmanlarında da var.
Aygün Musayeva