Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlər optik linzadan itifadə edə bilməz? - Səbəb

  • 2020.10.15 15:41
  • 1568 Baxış
Kimlər optik linzadan itifadə edə bilməz? -  Səbəb
Linza istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Medicina.az xəbər verir ki, hər görmə problemi olan insan optik linzadan istifadə edə bilməz. Çox zaman həkimlər yetişkin insanlar üçün linzanı məsləhət bilir. Çünki uşaqlar linza təmizliyinə diqqət etmədikləri üçün gözə mikrob düşmə ehtimalı yüksəkdir.

Ümumiyyətlə, optik linza taxmaq üçün həkimlə məsləhətləşmək önəmlidir. Çünki gözdə başqa problem varsa, infeksiyaya yoluxma riski yarada bilər.



Bəs optik linzadan kimlər istifadə edə bilməz?

İdmanla tez -tez məşğul olanlar linza taxmağa üstünlük verir. Amma üzgüçülüklə məşğul olanlar bundan istifadə etməməlidir.

Astma və bəzi qidalara allergiyası olanlara da məsləhət edilmir.

Romatizması və menopozda olanlarda göz quruluğuna görə linza taxarkən diqqətli olmalıdır.

Bundan başqa, gözqırpma refleksləri düzənsiz olan və uzun müddət kondisioner altında oturan insanlar üçün də linza taxmaq məsləhət görülmür.