Təzə, təndirdən çıxmış, isti çörək əslində, heç kimə faydalı deyil. Bəzi xəstəliklərdə isə bu çörək təhlükəlidir.
“Medicina” xəbər verir ki, həkim Tatyana Meşryakova hansı xəstələrə çörəyi qurudub yeməyin vacib olduğunu açıqlayıb:
“Təzə bişmiş, boyatlamamış çörək çətin həzm olunan qida hesab edilir.
Onun iç hissəsi həzm traktına düşdükdə bərkiyib yapışqan halına düşür, onu mədə şirəsi belə parçalamaqda çətinlik çəkir. Nəticədə köp, qıcqırma yaranır, mədə turşuluğu artır.
Həzm sistemi – mədə, bağırsaq, mədəaltı vəz, öd xəstəlikləri olanlar çörəyi qurudub yesə yaxşıdır.
Bunun üçün tosterdən istifadə edə bilərsiz. Çörəyi çox qurutmayın, bu dişlərinizə zərərdir.
Eləcə də çörəyi ət, toyuq, balıq və südlə uyğunlaşdırmaq olmaz. Ət məhsulları ilə ağ çörək yeməyin”.
Aygün Musayeva