Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kiminsə şikayətini, giley-güzarını dinləmək - beyinə zərərlidir

  • 2023.01.16 15:22
  • 2416 Baxış
Kiminsə şikayətini, giley-güzarını dinləmək   - beyinə zərərlidir

Daim gileylənmək, narazılıq beynin vacib hissəsi olan hipokampusu kiçildir.

"Medicina" xəbər verir ki, ABŞ alimləri yeni elmi araşdırmada mənfi düşünmənin yaddaş və düşüncə qabiliyyətinin azalmasına səbəb olduğunu sübut edib.

Nə qədər tez-tez şikayət etsəniz, mənfi düşünmə ehtimalınız bir o qədər artır.


Hətta ı kiminsə şikayətini 30 dəqiqədən çox dinləməyin beyinə zərər vurduğu məlum olub.


Şikayət etmək əlavə stress reaksiyasına səbəb olur və kortizol, şəkər, təzyiq yüksəlir. Stress dərəcəsi artdıqca beynin daha çox zədələndiyi bildirilir. Bu zaman oksidləşdirici, iltihablı reaksiyalar artır və hüceyrənin canlılığına zərər verən mühit formalaşmağa başlayır. Sinir hüceyrələrini birləşdirən neyronların sayı azalır.

Alimlər tövsiyə edir ki, deyinən insanlardan uzaq durmaq, bu insanlar özü isə psixoloq müalicəsi almalıdır.


Aygün Musayeva