Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimi kovid peyvəndi pis qoruyur? - Həkimlərdən cavab

  • 2021.11.03 16:20
  • 1949 Baxış
Kimi kovid peyvəndi pis qoruyur? -  Həkimlərdən cavab
Kovid vaksinləri birincili və ikincili immunitet zəifliyi olan insanlar üçün effektsizdir.

Medicina.az xəbər verir ki, bunu ABŞ xəstəliklərə nəzarət mərkəzinin mütəxəssisləri deyib.

Tədqiqatçılar 89 min nəfər kovid xəstəsini analiz edib. Məlum olub ki, normal immuniteti olan insanlar peyvənd olunubsa, onlar koviddən ağırlaşmaqdan 91% qorunub və xəstəxanaya düşməyiblər.

İmmuniteti zəif olanlar isə 70% qorunurlar.

Daha çox orqan transplantasiyası keçirən, kök hüceyrə köçürülən, revmatoloji xəstələr risk qrupundadır.
Onlar daha çox nəzarətdə olmalıdır.