Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kim ki, 100 il yaşamasa... - Uzun ömür üçün maraqlı qaydalar

  • 2019.04.18 20:41
  • 13818 Baxış
Kim ki, 100 il yaşamasa... -  Uzun ömür üçün maraqlı qaydalar
Yəqin ki, hər kəs 100 il sağlam ömür sürmək istəyər. Bunu etmək çətin olsa da, mümkündür. 


Medicina.az sizə sağlam və uzun ömür sürməyin sirlərini açıqlayır: 


1. Ayaqlarınızı yuxarı qaldıraraq kitab oxuyun. 


Bu, zarafat deyil. Ayaqlar yuxarı vəziyyətdə kitab oxuyarkən, beyin kiçik stressə məruz qalır ki, belə olduqda, zədələnmiş hüceyrələr bərpa olunur. Həmçinin, sağaxaysınızsa sol əllə və ya əksinə də edə bilərsiniz. 


2. Qırmızı rəngli meyvə-tərəvəz yeyin. 


Çox az insan qırmızı bibərin tərkibində portağalda olduğundan çox miqdarda C vitamini olduğunu bilir. Çuğundur qan damarlarını açan nitratlarla, pomidor isə xərçəngdən qoruyan likopenlə zəngindir. 


3. Sürətli qaçın 


Qaçış ürək-damar xəstəliklərini 30 faizə qədər azaldır. Qaça bilməyən insanlar velosiped də sürə bilərlər. 


4. İctimai ayaqyolundan istifadə edərkən ehtiyatlı olun


Hər dəfə ictimai ayaqyolundan istifadə etdikdən sonra xəstəliklərə yoluxmamaq və immunitetinizin zəifləməməsi üçün əllərinizi mütləq sabunlayın.  


5. Banan yeyin 


Bu meyvə qan təzyiqini normaya salır. Onun tərkibində olan kalium qida rasionunda olan çox miqdarda duzun mənfi təsirlərini aradan qaldırır. 


6. Oturma hərəkəti edin


Bu sadə idman hərəkəti əzələlərin möhkəmlənməsinə kömək edir. Bu hərəkət əsasən də insan yaşlandıqda onun tez-tez yıxılmasını aradan qaldırır. 


7. Gündə heç olmasa, bir stəkan çay için. 


Çay qanda olan stress hormonunun səviyyəsini aşağı salır və ürək tutması meydana çıxması zamanı ölüm riskini 28 faizə qədər azaltmış olur.  Həmçinin, çayın tərkibində olan antioksidantlar qan damarlarının divarını möhkəmləndirir. 


8. 1 saat tez yatın 


1 saat uzun yuxu rejimi qan təzyiqini normaya salır. Həm də uzun yuxu insana stressdən azad olmağa da kömək edir. 


9. Qatıq yeyin


Probiotik tərkibli içkilər həzm sisteminə müsbət təsir edir.  


10. Diş sapından istifadə edin


Diş sapı karies əmələ gətirən bakteriyalardan  azad edir ki, nəticədə də insan ürək-damar xəstəliklərindən, kəmağıllıqdan, şəkərli diabetdən qorunmuş olur. 


11. Çöplə nəfəs alın


Bu hərəkəti ağciyərlərin işini yaxşılaşdırmaq , qan təzyiqini aşağı salmaq və ürək tutmalarının sayını azaltmaq üçün tez-tez etmək tələb olunur. Bunun üçün burunla nəfəs alın, ağzınıza qoyduğunuz çöpdən isə nəfəs verin. 


12.Evi təmiz saxlayın

 

Evini tez-tez səliqəyə salan insanlarda "xoşbəxtlik” hormonu adlanan serotoninin səviyyəsi yüksək miqdarda olur. Bu hormon həm də yuxuya yaxşı təsir edir. 


13. Hər gün gəzin 


Yerimək beyinin işinə müsbət təsir edərək, insanı ağıl zəifliyindən qoruyur. 


14. Boşqabınıza daha az yemək çəkin 


Gəmiricilər üzərində aparılan eksperimentlər göstərir ki, 30 faiz az yemək verilməsi onların həyatlarını 2 dəfəyə qədər artırır.