Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kim daha tez aşiq olur: kişilər, yoxsa qadınlar?

  • 2025.04.17 15:04
  • 403 Baxış
Kim daha tez aşiq olur:   kişilər, yoxsa qadınlar?



Kişilər qadınlardan təxminən bir ay əvvəl və daha tez aşiq olurlar.

“Medicina” xəbər verir ki. Avstraliya Milli Universitetinin alimlər qrupu dünyada ilk dəfə sevgidə kişi və qadın arasındakı fərqlərə dair araşdırma aparıb. Nəticələr gözlənilməz faktları ortaya qoydu.


Komanda münasibətlərin ilk iki ilində olan 33 ölkədən 808 gəncin (18-25 yaş) məlumatlarını təhlil edib. Bu, mövzu ilə bağlı dünyanın ən böyük araşdırması olan qlobal Romantik Sevgi Sorğusu 2022-nin bir hissəsidir.

Məlum olub ki, kişilər qadınlardan orta hesabla bir ay əvvəl aşiq olurlar, lakin qadınlar daha güclü hisslər yaşayaraq daha intensiv sevirlər.
Bundan əlavə, qadınlar tərəfdaşlarına daha çox "fokuslanır", daha tez-tez sevgililəri haqqında düşüncələrə dalırlar.

Araşdırmanın aparıcı müəllifi Adam Bode romantik sevgidə cins fərqlərinin ilk inandırıcı sübutunu tapdığını bildirib.

Alimlər kəşf etdikləri fərqləri təkamül nöqteyi-nəzərindən izah etdilər: tarixən kişilər tərəfdaş qazanmaq üçün daha tez bağlılıq nümayiş etdirməli idilər.

Bundan əlavə, hər iki cinsdən olan iştirakçıların üçdə birindən çoxu (39%) münasibətlər artıq başlayandan sonra aşiq olub.


Aygün Musayeva