Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, müxalif siyasətçi Kemal Kılıçdaroğlu da koronavirusa qarşı vaksinasiya prosesindən keçib.
Türkiyə KİV-i xəbər verir ki, Kılıçdaroğlu barədə özü sosial şəbəkədə məlumat verib. Siyasətçi həyat yoldaşı ilə birgə vaksin olunub.
"Bizim də sıramız gəldi və həyat yoldaşım Selvi xanımla ailə həkimimizdə COVID-19-a qarşı vaksin olunduq. Hamının güvənli şəkildə vaksin olunmasını və pandemiyanın sona çatmasını diləyirəm", - deyə Kılıçdaroğlu qeyd edib.