Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kifli qidalar və meyvələr immunitet üçün təhlükəlidir

  • 2022.10.20 14:25
  • 2014 Baxış
Kifli qidalar və meyvələr immunitet üçün təhlükəlidir



Kifli qidaların az da olsa orqanizmə düşməsi immunitetin işini pozur.

"Medicina" xəbər verir ki, həkim Sergey Vyalov kifdən qaçmağın vacibliyini deyib.

"Hətta yarısında kif olan tərəvəz, meyvə belə atılmalıdır. Bəzən kif olan hissəni kəsib, digər yarısını yeyirlər.

Qəti olaraq belə etmək olmaz. Ərzağın qalanı nə qədər təmiz görünsə də, qida üçün o artıq yararlı deyil.

Cüzi kif toxunmuş ərzaqlar mütləq utilizə olunmalıdır. Bankanı açaraq üzərindəki kifli hissəni yığıb, qalan mürəbbə və ya turşunu yemək olmaz. Biz gözlə görünən kifi yığırıq, qalan göbələklər hamısı ərzaqdadır və onu heç nə təmizləyə bilməz.

Kif bağırsaq mikroflorasını pozur, bağırsaq hüceyrələrini zədələyir. Həzm orqanları bütünlükdə zədələnir, kandida əmələ gəlir, immunitetin gücü azalır.

Kif göbələkləri zərərli maddə və qaz buraxır, bu da allergiya, qaşınma və qarında köp əmələ gətirir.
Düzgün saxlanılmayan konservlərdə də klostrid adlı bakteriya əmələ gəlir, onlar çox toksikidir və insanı öldürə bilər".


Aygün Musayeva