Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kiflənmiş çörəyin “təmiz” tərəfini yemək olarmı? – Zərərləri

  • 2018.11.02 09:58
  • 9492 Baxış
Kiflənmiş çörəyin “təmiz” tərəfini yemək olarmı? –  Zərərləri
Əgər çörək, meyvə, tərəvəz və ya pendirin üzərində kif əmələ gəldiyini müşahidə etsəz o zaman belə məhsullardan qətiyyən istifadə etməməyiniz məsləhətdir.  Bizim kif adlandırdığımız gözlə görünən yaşıl-göyümtül təbəqə, əslində, ərzaq məhsulunu bütövlükdə əhatə edən göbələk sisteminin çoxalma orqanlarıdır. Buna görə də demək olar ki, kiflənmiş ərzaqların "təmiz” hissəsi olmur. 


Medicina.az xəbər verir ki, kiflənmiş məhsullar sağlamlıq üçün çox təhlükəlidir. Kifin ifraz etdiyi toksinlər bədənə yığılaraq allergik reaksiya əmələ gətirir. Bundan əlavə davamlı olaraq belə məhsullardan istifadə etmək bədəndə toksinlərin yığılmasına yol aça bilər.   


Qısa müddətli termik işləmə kif göbələyini məhv etmək iqtidarında deyil. Buna görə də, kiflənmiş məhsulları bişirərək yemək heç bir işə yaramayacaq. Ona görə də, maddi vəziyyətininzdən aslı olmayaraq kiflənmiş məhsulları tullamağınız məsləhətdir. Çünki sağlamlıq hər bir madiyyatdan irəlidir. 


Arzu

Medicina.az