Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kifayət qədər su içib-içmədiyinizi 5 saniyədə öyrənə bilərsiniz - TEST

  • 2024.05.13 17:37
  • 912 Baxış
Kifayət qədər su içib-içmədiyinizi 5 saniyədə öyrənə bilərsiniz -  TEST
Maye qəbulu səviyyənizə nəzrət etmək üçün müxtəlif üsullar var. Kiçik bir ipucu ilə bədəndəki maye səviyyəsini dərhal analiz etmək mümkündür.

Dr. Dana Brems praktik metodlardan birini hər kəsin sınaya biləcəyini qeyd edib. Bunun üçün dərini barmaqların ucu ilə çəkib buraxmaq lazımdır. Çəkildikdən sonra dərhal əvvəlki halına qayıdan dəri kifayət qədər su içdiyinizi göstərir. Ancaq dərinin əvvəlki vəziyyətinə qayıtması vaxt alırsa, bu, bədəninizin susuz olduğu anlamına gələ bilər.



Dr. Dana Brems deyir ki, bu üsul “dəri çimdikləmə” və ya dəri “turgor testi” kimi tanınır. Çoxlu su içdikdə dəri yaxşı nəmlənir və elastiklik artır. Digər tərəfdən, susuzlaşma dərinin elastikliyinin azalmasına və normal vəziyyətə qayıtmasının daha yavaş olmasına səbəb olur.

Bu testi əlinizdə, ayaqlarda və ya boğaz dərisində sınaqdan keçirmək olar.

Qeyd edilir ki, yüngül susuzluq belə müəyyən simptomlara səbəb olur. Məsələn, hər gün yaşadığınız baş ağrısının səbəbi kifayət qədər su içməmək ola bilər. Digər simptomlara başgicəllənmə və halsızlıq daxildir.

Mütəxəssislərin fikrincə, qadınlar gündə 11,5 stəkan, kişilər isə 15,5 stəkan su içməlidir.

Əgər müntəzəm olaraq məşq edirsinizsə və tərləyirsinizsə, bu nisbət daha da arta bilər.


Aysel