“Sentyabrın 28-dən başlayaraq daima cəbhə bölgəsindəyik. Bütün xəstəxanalarımız fəaliyyət göstərməkdədir”
Medicina.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, xəstəxanalara ezam olunan və könüllü xidmət göstərən tibb işçiləri var:
“Bizim cəmiyyətdən çağırışımız odur ki, bu vəziyyətdə COVID-19 xəstələrinin artması bizim üçün ikinci cəbhənin açılmasıdır. Ölkəmizdə kifayət qədər dərman preperatları, süni nəfəs aparatları var. Biz heç bir halda COVID-19 xəstələrini diqqətdən kənar qoya bilmərik”.