Bioloji Təbabət MMC fəaliyyətə başladığı ilk gündən qarşısına insanların sağlamlığına xidmət edəcək geniş məqsədlər qoyub. Və bu məqsədlərə doğru pillə-pillə, amma inamla, bioloji təbabət elminə güvənərək irəliləyir.
Medicina.az xəbər verir ki, qarşısına qoyduğu ən ümdə məqsədlərindən biri isə İnteqrativ təbabətdə elmi araşdırmalar mərkəzində indiyə qədər müalicəsi mümkün sayılmayan xəstəliklərin müalicə protokolunu işləyib hazırlayaraq, tədris müəssisələrinə təqdim etməkdir.
İnanırıq ki, bu, BTK-nın Azərbaycan tibb sahəsinin inkişafına yeni töhfəsi olacaq.
Bioloji Təbabət klinikasının keçdiyi yol barədə video materialı təqdim edirik