Türkiyəli müğənni Kibariyə xəstəxanaya yerləşdirilib.
Sənətçinin Mersində konsertdə çıxışı zamanı fanatlarından biri səhnəyə çıxmaq istəyib. Bu zaman mühafizəçilər ona mane olmaq istəyiblər. Nəticədə həmin şəxs Kibariyə ilə toqquşub və müğənni səhnədən yerə yıxılaraq huşunu itirib.
62 yaşlı sənətçi təcili xəstəxaya yerləşdirilib.
Onun səhhəti ilə bağlı hələ ki açıqlama verilməyib.