Təbii doğum və qeysəriyyə (Keysər, keysəriyyə, sezaryan) əməliyyatı iki fərqli doğum üsulu hesab olunur. Hər ikisi körpənin sağlam dünyaya gəlməsi üçün uyğundur. Lakin körpə və ana ölümlərinin, ağırlaşmalarının qarşısını almaq üçün çox zaman həkimlər keysəriyyə ilə doğuma üstünlük verir.
"Medicina" xəbər verir ki, keysəriyyə hələ geniş yayılmadığı vaxtlarda insanlar arasında ona inamsızlıq var idi. İnsanlar elə bilir ki, keysəriyyə ilə dünyaya gələn uşaqlar təbii doğuşla dünyaya gələnlərdən daha zəif olur, onlarda xəstəliklər yaranır, ağciyərləri inkişaf etməmiş olur, gələcəkdə fəsadlar ola bilir. Lakin zamanla həkimlər və pediatrlar bu barədə düzgün məlumat verdilər.
BTV HəkimPostu verilişində Respublika Diaqnostika Mərkəzinin Ginekologiya-doğum şöbəsinin müdiri Nigar Əsgərova qeysəriyyə barədə miflərə aydınlıq gətirib.
Ətrafıı videomaterialda: