Yuxuya getməkdə çətinlik çəkirsiniz, gecələr tez-tez oyanırsınız və bütün bunlara görə səhərlər oyana bilmirsiniz?
Medicina.az xəbər verir ki, mütəxəssislər bu tip yuxu problemlərinin həllini açıqlayıblar.
Araşdırmalar göstərir ki, insanların çoxu kifayət qədər yuxu almadığını düşünür. “Google”da yuxusuzluqla bağlı axtarışlar son bir ildə sürətlə artıb.
Yuxusuzluq ürək-damar xəstəlikləri riskinin artmasından 2-ci tip diabetə və piylənməyə, depressiyadan zəif idrak funksiyasına qədər bir çox problemlə əlaqələndirilir. Odur ki, yuxu problemlərindən xilas olmaq çox önəmlidir.
Mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl edərək yuxusuzluqla mübarizə aparmaq olar:
1. 65 yaşdan sonra daha isti otaqda yatmaq lazımdır
Yeni araşdırmalar göstərir ki, 65 yaşdan sonra yaxşı yatmaq üçün daha isti otağa ehtiyac var.
2. Həftəsonlarında yuxuya vaxt ayırın
“Sleep School”un qurucusu və klinik direktoru Qay Medovs deyir ki, həftə ərzində kifayət qədər yatmadığınız zaman, həftəsonu "yuxu borcunuzu ödəyə bilərsiniz". Lakin bunu kiçik hissələrə bölərək etmək lazımdır. O, bu zaman sirkadiyalı ritmə diqqət etməyi məsləhət görür.
3. Zəngli saatı susduranda özünüzü günahkar hiss etməyin
2023-cü ildə aparılan və nəticələri “Journal of Sleep Research”də dərc olunan araşdırma insanların yaxşı oyanana qədər, 30 dəqiqə ərzində “budilnik”i üç dəfə ertələdikləri zaman bəzi idrak testlərində daha yaxşı performans göstərdiklərini üzə çıxarıb.
4. Eyni saatlarda yatıb-oyanın
Bizə ənənəvi olaraq səkkiz saat yatmağı hədəfləməyimizi söyləyirlər. Amma əslində hər gün eyni vaxtda yatıb-oyanmaq, nə qədər yatdığınızdan daha vacibdir.
5. Yataq otağı qaranlıq olsun
Qaranlıq “melatonin” hormonunun daha çox ifraz edilməsinə səbəb olur.
6. Seksdən yararlanın
Hollandiyada aparılan araşdırmalar orqazmın yuxuya getmə vaxtını əhəmiyyətli dərəcədə azaltdığını və yuxu keyfiyyətini yaxşılaşdırdığını müəyyən edib.
Aysel