Bugün marketlərdə satılan şokoladların tərkibində kifayət qədər kimyəvi zərərli maddələr aşkarlanır. Bu səbəbdən mütəxəssislər belə şirniyyat növündən yeməyi tövsiyə etmirlər.
Medicina.az evdə hazırlana biləcək şokolad reseptini təqdim edir:
Tərkibi:
5 x/q kakao
2 x/q şəkər tozu
50 qr kərə yağı
0,5 stəkan süd
Hazırlanması:
Südü bir qazanda qaynatmadan isidin. Şəkər tozu və kakaonu qarışdırın. Ehtiyyatla südün üstünə əlavə edin. Sonra kərə yağını da qarışıma tökün. 2 dəqiqə də qarışdıraraq, aşağı odda bişirin. Hazır olan isti şokoladı zövqə görə qalıblara töküb, soyudun. Soyuduqdan sonra, bir neçə saat soyuducuda saxlayın. İstədiyiniz vaxt şokoladı formalarda çıxardıb yeyə bilərsiniz.