Son zamanlar insanların müalicə məqsədilə kətan yağına üz tutması bəzi problemlərə səbəb olur.
"Medicina" xəbər verir ki, qastroenteroloq Yelena Moroşkina acqarına bu yağı içməyin fəsadlarını açıqlayıb.
"Səhər acqarına belə yağları içmək orqanizm və həzm sistemi üçün təhlükəlidir.
İstənilən yağı səhər içdikdə öd kisəsi güclü spazm olur və stimulə olduğundan yığılıb açılır. Bu zaman mədə və 12 barmaq bağırsağın selikli qişası zədələnir, mədəaltı vəz yüklənir.
Əgər öd kisəsində çöküntü, daşlar varsa, bu zaman onlar öd yollarını tutub, güclü ağrı tutması verə bilər.
Belə xəstəni ancaq əməliyyat gözləyir.
Yağ içdikdən sonra bu əlamətlər ola bilər: ağızda acılıq, qıcqırma, göynəmə, ürəkbulanma, mədə və qabırğaaltında ağrı.
Əgər sidikdə tündləşmə, güclü kəsici ağrı, qusma olarsa, təcili xəstəxanaya çatdırılmalıdır.
Kətan toxumu yağı tərkibinə görə faydlaıdır, amma o hansısa möcüzəvi dərman deyil.
Yağ qəbizliyi müalicə etmir. Kətan toxumunu üyüdərək salatlara qatıb yemək daha faydalıdır, nəinki onun yağını içmək.
İstəniln rafinə olunmamış bitki yağını qida ilə az miqdarda, qızdırmadan qəbul etmək lazımdır".
Aygün Musayeva