Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kətan toxumu yağını kimlər içə bilər?

  • 2023.05.05 19:34
  • 4775 Baxış
Kətan toxumu yağını kimlər içə bilər?
Kətan toxumu yağı orqanizmdə iltihabı azaldır, ürək və bağırsaq sağlamlığını yaxşılaşdırır.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq İqor Strokovun sözlərinə görə, kətan yağı üyüdülmüş və sıxılmış kətan toxumlarından hazırlanır, ənənəvi olaraq, irinli yaraların sağalması üçün istifadə olunur.

Kətan toxumu yağına bir çox aktiv birləşmələr daxildir, o cümlədən:

  • Alfa-lipoleik turşu (ALA), omeqa-3 yağ turşusu
  • Linoleik turşu (LA), omeqa-6 yağ turşusu
  • Oleik turşusu, omeqa-9 yağ turşusu
  • Qlikozidlər və peptidlər

“Tədqiqatlar göstərir ki, kətan yağı insanlara fərqli təsir göstərə bilər; buna görə də, əhali arasında iltihaba təsirini müəyyən etmək üçün daha çox araşdırma tələb olunur.

Kətan yağı laksatif xüsusiyyətlərə malikdir. 50 hemodializ xəstəsi üzərində aparılan araşdırmada hər gün kətan yağı qəbulunun qəbizliyi aradan qaldırdığı məlum olub.

İltihabi bağırsaq xəstəliyinin (İBD) bir növü olan xoralı kolitli 75 nəfər xəstə üzərində aparılan bir araşdırma isə kətan toxumunun iltihabı, xəstəliyin şiddətini, qan təzyiqini azaltmağa kömək etdiyini göstərib”

Aygün Musayeva