ABŞ neyrobioloqları dişi siçanlar üzərində apardıqları araşdırmanın nəticəsi olaraq bu qərara gəliblər. Həftədə 1 dəfə ketamin dozası qəbulundan sonra siçanlar stressi çox asanlıqla keçirmişlər. Bu anestetik dərmanın dişi cinsə ilk belə təsirini sübut edən ilk dəlildir.
Son illər anestetik Ketaminin həyəcan və depressiyaya qarşı təsiri aktiv araşdırılır. Bir çox antidepressantlardan fərqli olaraq, ketamini hər gün qəbul etməyə gərək yoxdur. Həftədə ən aşağı doza belə yetərlidir.
Hələ ki, dərmanın antisress təsiri dişi siçanlar üzərində aparılıb. O ki qaldı qadınlara, onlar kişilərdən daha çox əhval dəyişikliyinə məruz qalır. Ketaminin erkək siçanlar üzərində təcrübəsi elə də fərqli nəticə verməyib.
Qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinən depressiya və həyəcan pozuntusu hallarının aradan qaldırılması üçün ketaminin aşağı dozalarda tətbiqi uğurlu nəticə verə bilər. Həmçinin ketamin qəfil stress vəziyyətinə sərt reaksiyanın profilaktikası üçün də qəbul oluna bilər.