Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bol-bol yeyin, smuzi düzəldib içinKeşnişin orqanizmə 6 faydası

  • 2019.01.29 12:27
  • 21136 Baxış
 - Bol-bol yeyin, smuzi düzəldib için Keşnişin orqanizmə 6 faydası

Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə – tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir. Onun toxumlarından, yaşıl hissələrindən və köklərindən bir çox məqsədlər üçün istifadə edilir. 


Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var. 


Medicina.az mətbəxdə geniş istifadə etdiyimiz ətirli keşniş bitkisinin müalivəci xüsusiyyətlərini təqdim edir: 


1. Xolesterinin səviyyəsini aşağı salır 


Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli” xolesterinin miqdarını azaldır. 


2. Ürəkbulanmanı aradan qaldırır


Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır. 


3. Sümükləri möhkəmləndirir


Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır. 


4. Əsəbləri sakitləşdirir 


Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər. 


6. Yuxuya yaxşı təsir edir


Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan  keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır. 


Keşnişli smuzi resepti 


Tələb olunan ərzaqlar: 


2 fincan təmizlənmiş və doğranmış ananas

1 ədəd dondurulmuş və doğranmış banan 

1-1,5 fincan doğranmış keşniş 

1 x/q limon şirəsi 

400 ml hind qozu südü 


Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək əhval-ruhiyyədə qalacaqsınız.


Arzu

Medicina.az