Kalsium defisiti 30 yaşından hər kəsdə var.
D vitamini az olan insanlarda zatən kalsium da az olur.
"Medicina" xəbər verir ki, həkim naturopat sutkalıq kalsium dozasını almaq üçün kəsmikdən də güclü qidaları sadalayıb.
"Nəzərə alın ki, kalsium D vitaminsiz və zülalsız sovrulmur.
Sutkalıq normal 1-1,2 qramdır.
Əgər elə düşünürsüzsə ki, süd və kəsmiklə kalsium rezerviniz dolur, yanılırsız.
Kəsmikdən də zəngin qidalar var.
- Yumurta qabığı - bir yumurta qabığında 2 qr kalsium var, çox yaxşı təbii formadadır. Orqanizmə yad deyil.
Yumurta qabıqlarını yuyun, qurudun, üyüdün. Bir sutkalıq dozanı yarım çay qaşığı tozu yoqurta qatıb yeyin.
Parmezan pendiri - ən lider məhsuldur. Gündə 70 qram kifayətdir.
Küncüt - qara küncütü isladıb sonra yeyin
Badam - gündə 10 badamı isladıb yeyin.
Sarımsaq- bütün yeməklərə qatın
Cəfəri - C vitamini, eləcə də kalsiumla zəngindir.
Aygün Musayeva