Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəsmək bilməyən qəfil öskürək infarktın əlaməti ola bilər

  • 2022.04.08 13:57
  • 2457 Baxış
Kəsmək bilməyən qəfil öskürək infarktın  əlaməti ola bilər

"Hər öskürək soyuqdəymə və ağciyər ilə əlaqəli deyil".

Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, öskürək ürək tutması və infarkt öncəsi vəziyyətdən xəbər verə bilər.

Ağciyərləri qan və oksigenlə təmin edən ürəkdə problem olduğu zaman ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.

Ürək öskürəyini necə fərqləndirməli?

- Əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn, uzanıqlı vəziyyətdə.
- Daha sonra öskürək intensivləşərək quru olur.
- Ağır ürək çatışmazlığında öskürək zamanı qan gələ bilər.
- Öskürək təkcə müəyyən yaşdan sonra deyil, uşaqlarda da ola bilər (daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda).
- Ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir.
- Xəstə dərindən nəfəs ala bilmir, tez-tez səthi nəfəs alıb verir.
- Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.
- İnfarktdan bir həftə və ya bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.