Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəskin ürək çatışmazlığı: yeni müalicə, əməliyyat və reabilitasiya metodları – Azərbaycan Kardiogiya Cəmiyyətinin konfransı keçirildi-FOTOLAR

  • 2019.06.22 14:44
  • 7914 Baxış
Kəskin ürək çatışmazlığı: yeni müalicə, əməliyyat və reabilitasiya metodları –  Azərbaycan Kardiogiya Cəmiyyətinin konfransı keçirildi-FOTOLAR
Ötən gün Azərbaycan Kardiologiya Cəmiyyətinin "Ürək çatışmazlığı” işçi qrupunun konfransı baş tutdu.

Medicina.az xəbər verir ki, konfransda Azərbaycanda son illər geniş yayılmış və ölüm riskinə görə lider olan ürək çatışmazlığı xəstəliklərinin diaqnostika və müalicəsinə yeni yanaşma metodlarına toxunulub.

200-dən çox həkimin qatıldığı konfransda mövzu ilə bağlı maraqlı məruzələr olunub:

Professor, AKC-nin sədri Tofiq Cahangirov 

"Atım fraksiyası orta dərəcədə azalmış(HFmrEF) və atim fraksiyası saxlanılmış(HFpEF) ürək çatışmazlığı: diaqnostikası, klinik profilləri və müalicəsinə yanaşma".

Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, kardioloq Kəmalə Zahidova 

"Ürək Çatışmazlığının Müalicəsində dərman terapiyasının  bəzi məqamları”. 

Kardiocərrah, t.e.n. millət vəkili Rəşad Mahmudov 

"Ürək Çatışmazlığında Cərrahi Revaskulyarizasiya”.

AKC-nin "Kardioreabilitasiya və Profilaktika" İşçi Qrupunun Rəhbəri, dos. Dr.Rəhimə Qabulova

"Ürək Çatışmazlığında Reabilitasiya”

Rəşad Mahmudov məruzəsində yenicə əməliyyat etdiyi 81 yaşlı pasiyentin ürək çatışmazlığı probleminin diaqnostika və əməliyyat prosesində maraqlı məqamlarla tədbir iştirakçılarının diqqətini cəkdi.

Sonda ölkənin tanınmış həkim kardioloqları və professorları ilə məruzəçilərin mövzu ətrafında geniş diskussiyası və müzakirəsi baş tutdu.