Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəskin qastrit xəstələri üçün dieta – Nələri yemək olar-olmaz?

  • 2023.09.13 18:09
  • 3068 Baxış
Kəskin qastrit xəstələri üçün dieta  – Nələri yemək olar-olmaz?
Qastrit Azərbaycanda geniş yayılmış mədə xəstəliyidir. Bu xəstəliyin müalicəsində dieta dərmandan da vacibdir. Hələ də xəstələr nəyi yeyib yeməyəcəklərini bilmir.


“Medicina” qastrit xəstələri üçün qızıl qidalanma qaydalarını təqdim edir.


- Gündə 4-6 dəfə kiçik porslarla normal yeməklər yeyilməlidir
- Yeməklər çox qaynar və soyuq olmamalıdır
- Yağlı, qızarmış, hisə verilmiş qidalar olmaz
- Yeməyi azı 20 dəfə çeynəyib udmaq lazımdır

- Yeməklər yumşaq, püre formasında, buxarda hazırlanmış olmalıdır
- Alkoqol, qazlı içkilər, soyuq içkilər, tünd çay və qəhvə olmaz

Nələri yeyə bilərsiz?

- Bütün növ sıyıqlar, südsüz
- Köhnə çörək, suxarı, quru peçenye
- Sobada bişmiş heyva, alma, nar
- Sobada bişmiş tərəvəzlər
- Tərəvəz şirəsi, yağsız bulyon
- Makaron
- Kəsmik, qatıq
- Yumurta
- Kisel, kompot
- Kəmşirin açıq çay
- Şəkərsiz bulka

Qadağan olunan qidalar:

- Təzə meyvə, tərəvəz
- Paxlalılar, mərci, noxud
- Yağlı süd məhsulları, təzə süd
- Sosis, kolbasa
- Yağlı ət
- Qızartma
- Kartof

- Təzə çörək, təndir çörəyi. Un məmulatları
- Şokolad, konfet
- Göbələk
- Konserv
- Hazır qidalar

- Dönər
- Şirniyyat
- Duzlu, şoraba, acı, turş qidalar
- Pomidor
- Alkoqol

Daha çox balıq, toyuq ətinə üstünlük verin.

Dietaya 20 gün riayət etmək lazımdır
Yeməkləri təzə hazırlayıb yeyin, soyuducuda saxlamayın.

Aygün Musayeva