Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəskin bronxit və suçiçəyi yayıldı - Ağdaşda

  • 2020.02.19 14:56
  • 1927 Baxış
Kəskin bronxit və suçiçəyi yayıldı -   Ağdaşda
Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Abad kənd icra nümayəndəsi Lətif Müstafayev bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib:

"Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmir. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".

Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər:

“Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) verilən cavaba görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub: “Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, kəskin respirator virus infeksiyası (KRVİ), 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

“Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.