"2017-ci ilin 11 ayı ərzində 17 qrip hadisəsi aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma deməkdir”.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorun təşkili məsələləri üzrə müavini Anaxanım Əliyeva deyib.
Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicəvi Profilaktika İdarələrinə müraciətlərin sayı 10 faiz azalıb:
"Yoluxucu xəstəliklər epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakteriyal miningitlər, pnevmakok infeksiyaları üzərində epidemioloji nəzarət davam edir. 2017-ci ilin 11 ayı ilə müqayisıdə 2016-ci ilin müvafiq dövrü ilkin vərəm hadisələri (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb. Ötən illə müqayisədə 2017-ci ildə vərəmə görə labarotor müayinə yaxşılaşıb və bu göstərici 48,5 faizdən 55,5 faizə qədər yüksəlib. Kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən illə müqayisədə 1,1 faiz (14921 hadisəyə qarşı 14751 hadisə), o cümlədən törədicisi müəyyən olunmayan enteritlərin səviyyəsi 3,8 faiz azalıb. Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları isə 4,3 faiz artıb”.
Bundan başqa, 2017-ci ilin 11 ayı ərzində respublika əhalisi arasında 383 ocaqda 561 qida zəhərlənməsi olub, bu da ötən illə müqayisədə 28,7 faiz azalma deməkdir:
"11 ay ərzində 6 qara yara hadisəsi qeydə alınıb, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə azalıb.
Ölkəmizdə profilaktik peyvənd işlərinin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmaq sahəsində son illərdə aparılmış səmərəli tədbirlər nəticəsində Avropa ölkələrində olduğu kimi uşaqların 11 yoluxma xəstəliklərə qarşı peyvəndinə nail olunub. 2017-ci ilin keçən dövrü ərzində bütün planlaşdırılmış peyvəndlər üzrə yerinə yetirilmə 95-97 faiz olub.
Bu il əhali arasında poliomielit, diffteraiya, göy öskürək, qızılca, məxmərək, epidemik parotit xəstələlikləri müşahidə edilməyib. Cari ilin 11 ayı ərzində Respublikanın MPM-dən Respublika Taun əleyhinə Stansiyanın immunoloji labarotoriyasına müayinə üçün 77 nümunə qızılcaya, 49 nümunə məxmərəyə, 17 nümunə anadangəlmə məxmərək sindromuna (AMS) şübhəli xəstələrdən qan göndərlib, nəticələri mənfi olub”.
Ölkənin təsərrüfat - içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə RGEM-in laboratoriyalarında bu ilin 11 ayıərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki - kimyəvi göstəcilərjnə görə normaya uyğun olub. Bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.
Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür-Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6%, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3% normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya - kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar Azərsu ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub".