Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəsilmiş ayağından çanta düzəltdirmək istədi

  • 2019.02.23 12:04
  • 6297 Baxış
Kəsilmiş ayağından çanta düzəltdirmək istədi
 

Böyük Britaniya vətəndaşı belə qəribə fikrə düşüb. Ayağını itirən qadın bundan özünə çanta düzəltdirmək istəyib.


Medicina.az Bizimyol.info-ya istinadən xəbər verir ki, 55 yaşlı britaniyalı xüsusi saytda elan yerləşdirib. Elanda arzusunu açıq-aşkar yazıb. Dərzi axtardığını bildirib. Qadın orta ölçülü, kəmərli çanta üçün 3 min funt sterlinq xərcləməyə hazır olduğunu yazıb.


Mançester şəhər sakini xəstəlik üzündən ayağı itirməsindən çox sarsılıb. Amma onda ən çox narahatlıq yaradan həmin ayağın məhv edilə biləcəyi ehtimalıdır.


Saytın administrasiyası arzuya normal yanaşmağı məsləhət görüb. Britaniyalı qadın saytda vəfat etmiş anasının saçlarından paltar tikdirmək istəyən qızın sifarişindən həvəslənib.