Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kərə yağını bununla əvəz etsəz, ömrünüz uzanar

  • 2025.04.19 16:28
  • 118 Baxış
Kərə yağını bununla əvəz etsəz, ömrünüz uzanar

Kərə yağını bitki yağı ilə əvəz etmək ömrü uzata bilər.

Zeytun, soya və kolza yağlarının ölüm riskini azaltmaqda ən təsirli olduğu müəyyən edilib.


Kərə yağı istehlakı vaxtından əvvəl ölüm riskini 15% artırır, bitki əsaslı alternativlərlə əvəz etmək isə bu riski 16% azaldır. Amerikalı alimlər 2025-ci ildə apardıqları araşdırmada belə qənaətə gəliblər.


“Medicina” xəbər verir ki, diyetoloq Nuriya Dianova zeytun, soya və kolza yağlarının faydalarından danışıb.

Gündə əlavə 10 qram bitki yağı xərçəngdən ölüm riskini 11%, ürək-damar xəstəliklərindən isə 6% azaldır.

“Kərə və heyvani yağlardan bitki yağlarına keçid ömrü uzatmaqla yanaşı, ağır xəstəliklərdə ölüm hallarını da azaldır.

Yağın tərkibindəki doymuş yağlar "pis" xolesterinin (LDL) səviyyəsini artırır və iltihabı təhrik edir. Polifenollar və E vitamini kimi bitki qidalarında olan doymamış yağ turşuları və antioksidantlar qan damarlarını gücləndirir və iltihabla mübarizə aparır”.


Aygün Musayeva