Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kərə yağını bitki ilə əvəz edənlərdə infarkt riski artır

  • 2021.10.18 16:10
  • 1954 Baxış
Kərə yağını bitki ilə əvəz edənlərdə infarkt riski artır


Uzun illər ərzində belə hesab olunurdu ki, bitki yağları (qarğıdalı, günəbaxan, zeytun yağı) kərə yağından daha faydalıdır.

Bu yanaşma keçən əsrin 80-ci illərində mövcuddur və bir çox xarici ölkələrdə (əsasən Qərb ölkələrində) kərə yağının istehlakının xeyli azalmasına, bitki yağların isə əksinə artmasına səbəb olub. Son zamanlar isə bir çox alimlər bu yayılmış nöqteyi-nəzəri yanlış hesab edirlər.

Şimali Karolina (ABŞ) Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, rasionunda kərə yağını bitki yağları ilə əvəz edən insanlarda infarktın inkişafı riski artmış olur.

Saglamolun.az bildirir ki, araşdırmaların nəticələri Forbes jurnalında dərc olunub.