Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kərə yağının ziyanları - Ölüm riski, kökəlmək...

  • 2025.03.10 18:20
  • 184 Baxış
Kərə yağının ziyanları -  Ölüm riski, kökəlmək...

Kərə yağından çox istifadə edənlərin ölüm riski daha yüksəkdir.

Medicina.az xəbər verir ki, kərə yağı süfrələrin vazkeçilməz dadlarından biridir.

Ancaq bir araşdırma bu ləzzətin həddindən artıq istifadəsi zamanı sağlamlığımız üçün ciddi risklər yaratdığını ortaya qoyub.



Araşdırmalar göstərir ki, kərə yağından həddindən artıq istifadə ölüm riskini artırır.

JAMA Internal Medicine jurnalında dərc olunan araşdırmaya ABŞ-da yaşayan təxminən 221 min orta və daha yuxarı yaşda insan daxil edilib. Bu insanların 30 il ərzində qidalanma vərdişləri və sağlamlıq nəticələri araşdırılıb.

Araşdırma məlumatlarına görə, çox kərə yağı yeyən insanların ölüm riski az yeyənlərə nisbətən 15 faiz çoxdur.



Bitki əsaslı yağlardan istifadə isə ölüm riskini 17 faiz azaldır.

Çox kərə yağı yeyən insanlar siqaret çəkməyə və kökəlməyə meyllidirlər.

Bu amillərin ölüm riskinə də təsir edə biləcəyi vurğulanır.


Aygün
Medicina.az