Daim kərə yağı yemək xərçəngə yol açırmı?
“Medicina” xəbər verir ki, dietoloq Lidiya İvanova kərə yağı və kərə yağlı məhsulların orqanizm üçün nə qədər təhlükəli olduğunu açıqlayıb.
“Bu yaxınlarda amerikalı alimlərin bitki yağlarının xeyrinə kərə yağından imtina etməyi məsləhət görməsi xəbəri yayıldı. Tədqiqatçılar bildiriblər ki, kərə yağı qanda pis xolesterinin səviyyəsini və xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin riskini artıra bilər.
Bu ola bilərmi? Problemin mənbəyini konkret bir məhsulda deyil, ümumi insanın qidalanma sistemində axtarmaq lazımdır”.
İonova kərə yağının çox zəngin doymuş yağ mənbəyi olduğuna, bitki yağlarında isə doymamış yağlara diqqət çəkib. Məsələn, günəbaxan, zeytun və qoz yağları bədəni çox doymamış omeqa-3 və omeqa-6 yağ turşuları ilə təmin edə bilər. Bəs onların daha faydalı olmasının yeganə səbəbi budur deyə bilərikmi?
Dietoloqun sözlərinə görə, qida rasionunda omeqa-3 və omeqa-6 yağ turşularının balanslaşdırılmış nisbətini saxlamaq çox vacibdir. Bundan əlavə, orqanizm hələ də strukturu ilə fərqlənən yağları qəbul etməlidir.
"Bütün yağlar fərqlidir və bədənimizdə fərqli işləyir" .
İonova əlavə etdi ki, piylənmə onkoloji xəstəliklərin inkişafına kömək edir və onun görünüşü ilk növbədə fərdi qidalar, xüsusən də normada istehlak edilən qidalar deyil, qeyri-kafi fiziki fəaliyyətlə həddindən artıq kalori qəbulu ilə əlaqədardır.
Aygün Musayeva