Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib.
Medicina.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, K. Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:
“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.