Daraqlar saç sağlamlığı üçün vacib alətlərdir, lakin müntəzəm təmizlənmədikdə baş dərisi yağı, saç lifləri, kəpək, toz və saç düzümü qalıqları toplanır.
Medicina.az xəbər verir ki, çirkli daraqlar nəinki gigiyena problemlərinə səbəb olur, həm də bu qalıqları saçınıza geri qaytarır.
Mətbəxinizdəki iki inqrediyent daraqları və saç fırçalarını ilk günkü kimi təmiz edir. Nə kir, nə də bakteriya qalır...
TƏMİZLƏMƏ
Saç tellərini daraqdan təmizləyin. Bunun üçün barmaqlarınızdan, diş çubuğundan və ya köhnə diş fırçasından istifadə edə bilərsiniz.
Bir qabı isti su ilə doldurun və bir neçə damcı şampun, qab sabunu və ya soda əlavə edin. Qarışığı köpükləndirin.
Əgər daraq plastikdirsə, onu bu qarışıqda 15-30 dəqiqə saxlayın. Bu, kirləri yumşaldacaq və onun çıxarılmasını asanlaşdıracaq.
Bunun üçün köhnə diş fırçasından istifadə edin.
Darağı yaxşıca yuyun və təmiz bir dəsmal ilə qurulayın. Sonra açıq havada və ya quru yerdə qurudun.
Aygün
Medicina.az