Türkiyəli aktyor və aparıcı Kenan İşık vəfat edib.
Medicina.az NTV-yə istinadən xəbər verir ki, 10 ildir komada olan sənətçi 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, 2014-cü ildə idman etdikdən sonra saunaya girən Kenan İşık müvazinətini itirərək yıxılıb. Bu zaman başı yerə dəydiyi üçün beyninə qan sızıb. Keçirdiyi beyin qanaması nəticəsində komaya düşən Kenan İşıkın oyanmasını ailəsi və sevənləri 10 ildir ümidlə gözləyirdi.
Sənətkar karyerası ərzində bir çox tamaşa yazıb. Xəbər aparıcılığı etsə də, ona əsl şöhrəti “Kim milyoner olmak ister” proqramı gətirib.
Aysel