Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəllə - beyin travmasının 8 əlaməti

  • 2023.04.14 15:26
  • 3948 Baxış
Kəllə - beyin travmasının    8 əlaməti
8 əlamət var ki, insanın kəllə - beyin travması aldığını göstərir.

“Medicina” xəbər verir ki, kəllə - beyin travması, beynin normal fəaliyyətinin pozulduğu yüngül travmatik beyin zədəsidir.
Başa hər hansı bir zərbə və ya güclü sarsıntıya məruz qaldığından baş verir. Məsələn, velosipeddən düşmə, avtomobil qəzası və ya idman zədəsi zamanı yaranır. Bu da qısa müddət ərzində keçib gedir.

Sarsıntı nəticəsində əhval dəyişikliyi, yorğunluq, yuxusuzluq, əsəbilik və digər simptomlara rast gəlmək olar.

Təssüf ki, bunu heç bir tibbi vasitə ilə görmək olmur. MRT belə bu sarsıntının baş verməsini dəqiq göstərmir.

Amerikalı neyropsixoloq Kenneth Podellin sözlərinə görə, bəzən simptomların qəfil və dərhal baş verdiyini , bəzən bir neçə gün ərzində tədricən inkişaf etdiyini görmək olar.

Aşağıdakı 8 simptom kəllə - beyin travması alınmasının əlamətləri hesab edilir.

1. Başda daimi ağrılar.
2. Şüurun pozulması
3. Düşüncə ilə bağlı problemlər

4. Bulanıq görmə, parlaq işığa qarşı dözümsüzlük
5. Narahatlıq, əsəbilik, atipik davranış

6. Başgicəllənmə, qeyri-sabitlik, ürəkbulanma
7. Yuxusuzluq
8. Daimi yorğunluq hissi

Aynurə Məmmədova