Alimlər koronavirus keçirib sağalandan sonra xəstələrin tez bərpa olması üçün lazım olan 2 vacib qidanı açıqlayıb.
Bunlar fermentləşdirilmiş kələm – yəni şorabası və yağlı günəbaxan tumlarıdır.
Medicina.az xəbər verir ki, kələm şorabasında lif, ferment və probiotik var. Onlar virus və dərmanlardan zədələnmiş bağırsaq mikroflorasını bərpa edir.
Kolumbiya universitetinin alimləri tədqiqatlarında kovid və sonrası bitki pəhrizi saxlayan insanların daha tez sağaldığını bildirib.
Kələmdə, günəbaxan yağında, balıq ətində çoxlu vitamin, makro elementlər, A, D, C, E vitaminləri, sink, selen çoxdur.
Alimlər hesab edir ki, bu qidalar immun sistemi dəstəkləyir, daha çox antitel əmələ gəlməsinə kömək edir, oksidativ stresi azaldır.
Günəbaxan tumlarında isə doymamış yağ turşuları var, o, orqanizmdə sistem iltihabını azaldır.