Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kəlbəcərdə ağır qəza

  • 2023.06.30 15:46
  • 1660 Baxış
Kəlbəcərdə ağır qəza

Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Medicina" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Vəliyev Məhəmməd Əmiraslan oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.