Psixiatr, psixoterapevt GBUZ "DZM nitq patologiyası və neyroreabilitasiya mərkəzi”nin həkimi İvan Orlov kəkələməyə cavabdehliyin beyinin daşıdığını bildirib.
“Medicina” xəbər verir ki, ləkələmə mexanizmlərinin inkişafına səbəb olan fizioloji proses əsasən sirr olaraq qalır. Lakin elm adamları belə bir fərziyyə irəli sürdülər ki, bu nitq qüsuru beynin əzələ tonusunu tənzimləyən subkortikal strukturlarındakı pozğunluqların nəticəsidir.
Bu cür pozğunluqların səbəblərindən biri genetik ola bilər. Çox vaxt kəkələmə genetik meyilliyə bağlıdır. Bir insanın ailəsində kimsə kəkələyirsə, nəslinə də keçə bilər.
Bundan əlavə, dölün inkişafı zamanı baş verən nevroloji dəyişikliklər, zədələnmələr kəkələməyə səbəb ola bilər.
Xüsusilə, Orlov bildirib ki, uşaqda kəkələmə anasının hamiləlik dövründə ağır stress keçirməsi, zəhərli maddələrə məruz qalması və ya xəstəlikləri ilə bağlı ola bilər. Psixoterapevt əlavə edib ki, bu zaman uşaqda təkcə kəkələmə deyil, digər nitq qüsurları da ola bilər.
Kəkələmə, bir qayda olaraq, uşaqlıqda yaranan pozuntudur. Adətən iki-beş yaşda özünü göstərir. Ancaq nadir hallarda insan yetkinlik dövründə kəkələməyə başlayır. Mütəxəssis bunun mümkün səbəbləri arasında zədələr, yoluxucu, iltihabi xəstəliklər nəticəsində baş beyin zədələnməsini qeyd edib.
Günay Qurbanzadə