Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kefir təzyiqi salır – Hipertoniklər üçün

  • 2018.04.30 21:32
  • 17383 Baxış
Kefir təzyiqi salır –  Hipertoniklər üçün
ABŞ və Braziliya Universitetlərinin birgə əməkdaşlığı olan araşdırmasının nəticələrinə görə, çox hallarda xroniki yüksək arterial təzyiqin səbəbi bağırsaq mikroflorasının balansının pozulması ola bilir. Və probiotiklər – canlı bakteriyalar bu problemi aradan qaldırır. 


Araşdırmada 3 qrup siçan üzərində təcrübə aparılıb. I qrup hipertoniyadan əziyyət çəkirdi və müntəzəm olaraq kefir qəbul etdi. II qrup da yüksək təzyiqi var idi, amma kefir qəbul etmirdi. III qrup sağlam idi və kefir almadı. 9 həftə sonra kefir alan siçanlarln qanında  daha az toksiki maddələr aşkarlandı, onların təzyiqi aşağı düşdü, bağırsaq mikroflorası bərpa olundu. 


Bundan əlavə kefir bağırsaqda olan və mərkəzi sinir sisteminin funksiyasına cavabdeh olan 4 bakteriya qrupunu da bərpa etmişdi. Bu o deməkdir ki, kefir bağırsaq, həzm və əsəb sistemini normallaşdırdığından, təzyiqi də aşağı salmış olur.