Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keçmişi buraxıb, yeni həyata necə başlamalı?

  • 2023.04.13 15:46
  • 1389 Baxış
Keçmişi buraxıb, yeni həyata necə başlamalı?
Düşüncələrinizi dəyişmək heç də asan deyil. Lakin keçmişi buraxıb, yeni həyata başlamaq asan olmasa da, mümkündür və hətta lazımdır.

“Medicina” xəbər verir ki, bəzən özümüz başa düşürük ki, bəzi dəyişikliklər çoxdan gecikir. Amma köhnədən yapışmağa davam edirik. Bizi buna məcbur edən isə dəyişiklik qorxusudur. Çünki yeni olan hər şey bədən üçün stresli olacaq, beyin və bədən ondan qaçmaq üçün çox çalışır.


Həkim – psixoloq Denis Dolqovun sözlərinə görə, bəzən sağlam mühafizəkarlıq faydalı ola bilər. Müəyyən edilmiş nizamı pozmağa dəyməz, lakin dəyişiklik qorxusu bizi inkişafda çox ləngidir, həyat keyfiyyətini aşağı salır.

Qorxularınızla mübarizə aparın.


Dəyişiklik qorxusunu aradan qaldırmaq üzərində işləməyə başlamazdan əvvəl, qorxunuza tam olaraq nəyin səbəb olduğunu başa düşməlisiniz. Bu, idarəetməni itirmək qorxusu, naməlumluq qorxusu və ya uğursuzluq qorxusu ola bilər. Sizi nəyin qorxutduğunu başa düşdükdən sonra bu problemlə necə mübarizə aparacağınızı başa düşəcəksiniz.

Yeni vəziyyətlərə alışın.

Yeni vəziyyətlərlə nə qədər tez-tez qarşılaşsanız, dəyişikliklərə alışmağınız bir o qədər asan olacaq. Kiçik şeylər də olsa, hər gün yeni bir şey etməyə çalışın. Bunu alışqanlıq halına gətirdikdə, yeni vəziyyətlərə uyğunlaşacaqsınız.

Qərar verməyi öyrənin.

Çox vaxt dəyişiklik qorxusu insanın qərar qəbul etmə qabiliyyətinə inamsızlığı ilə əlaqələndirilir. Kiçikdən başlayın və tapşırıqların mürəkkəbliyini tədricən artırın.

Keçmiş təcrübənizi araşdırın.

Çox vaxt dəyişiklik qorxusu keçmişdəki travmatik təcrübələrlə əlaqələndirilir. İllər və ya aylar əvvəl qorxunun tam olaraq nəyə səbəb olduğunu anlamağa çalışın və bu vəziyyətlə necə davrandığınızı düşünün. Gələcəkdə qorxunuzla daha yaxşı mübarizə aparmağı öyrənmək üçün bu təcrübədən istifadə edin.

Yaxınlarınızın dəstəyini alın

Narahatlığınız barədə yaxınlarınızla danışın. Onlar tək olmadığınızı anlamağa kömək edə və çətin anlarda sizə dəstək ola bilərlər. Çətin anda tək qalmamaq çox vacibdir. Bu yolla özünüzü lazımsız stressdən və əsassız təcrübələrdən xilas edəcəksiniz.

Dəyişikliklərə inkşaf imkanı kimi baxın

Çox vaxt dəyişiklik qorxusu əlimizdə olanı itirmək istəməməyimizlə bağlıdır. Ancaq dəyişikliyə böyümə və inkişaf üçün bir fürsət kimi baxsanız, qorxu arxa plana keçə bilər. Unutmayın ki, dəyişiklik yeni imkanlara və əvvəllər bağlanmış qapıların açılmasına səbəb ola bilər. Bu, şübhəsiz ki, daha inamlı və xoşbəxt olmağa kömək edəcək.

Günay Quluzadə