Əgər siz keçmişdə olub-bitənə həddən artıq çox vaxt və diqqət ayırıb fikirləşirsizsə, indiki və gələcək zaman üçün çox fürsətləri əldən buraxırsız.
“Medicina” xəbər verir ki, psixoloq Yelena Mitroxina keçmişlə gələcək arasında insan üçün daha əhəmiyyətli olan indiki anı hiss edib zövq almaq üçün bəzi tövsiyələri verib.
“Həyat keçmişlə gələcək arasında olan göz qırpımı qədər yaxın andır. Keçmişi düşünüb təəssüflənmək və gələcək barədə təşviş keçirmək heç bir şeyi dəyişməyəcək.
- Özünüzü bütün olub keçənlərlə birgə olduğunuz kimi qəbul edib bağışlayın. Səhvlər və uğursuzluqlar həyatın qanunudur. Siz bu dünyada yeganə səhv insan deyilsiz.
- Mütləq emosiya, hiss, təəssüf etdiyiniz məqamları etibar etdiyiniz insanlara bölüşün, danışın. Psixoloqdan istifadə edin.
- İndiki anın ən kiçik pozitiv məqamına köklənin.
- Meditasiya və fərqindəlik texnikalarına yiyələnin. Bu indiki anda bədəni, hissləri, fikirləri fərq etməkdir. Bunu tutan kimi fikrinizi yönəldin.
- Keçmişi buraxın. Enerjinizi dəyişə bilməyəcəyiniz şeylərə xərcləməyin.
- Özünüzdə istedad, qabiliyyət axtarın, hobbi tapın.
Aygün Musayeva