Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keçmişdə qalanlar bizlə ayaqlaşa bilmir - Vüqar Qurbanov

  • 2024.12.18 16:01
  • 157 Baxış
 Keçmişdə qalanlar  bizlə ayaqlaşa bilmir   - Vüqar  Qurbanov


"Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq, bu, normaldır. Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil".

"Medicina" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçilərinin Zirvə toplantısı çərçivəsində keçirilən "Səhiyyədə yeni imkanlar" adlı paneldə çıxışı zamanı deyib.


"Köhnə və keçmişdə qalmış ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmirlər. Çünki Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, bu da sağlam rəqabət olmalıdır. Çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır".

"Əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə ehtiyac qalmır. Bu da öz növbəsində özəl xəstəxanalara müraciətlərin sayının azalmasına da səbəb olur. Özəl xəstəxanalar o səviyyədə inkişaf etməlidir ki, dövlət müəssisələri onlara çatmaq üçün daim çalışmalıdır. Çünki dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq. Çünki müəyyən prosedurlar fərqlidir", - deyə TƏBİB rəhbəri əlavə edib.

MEDİCİNA.AZ