Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keçmiş Türkiyə gözəlinin vəziyyəti pisləşib - BEYNİ ÖLDÜ

  • 2017.10.26 15:58
  • 12558 Baxış
Keçmiş Türkiyə gözəlinin vəziyyəti pisləşib  -  BEYNİ ÖLDÜ
1975-ci ildə "Türkiyə gözəli” müsabiqəsində ikinci olan Manolya Onurun vəziyyəti pisləşib. 


Medicina.az axşam.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən keçmiş modelin beyin ölümü gerçəkləşib. Komaya düşən 62 yaşlı Manolyanın ağciyərlərinə gedən damarlardan biri tıxanıb. O, qızı Nilufər Şah tərəfindən xəstəxanaya çatdırılmışdı. 


Qeyd edək ki, Manolya Onur sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi, Heydərabad məliyi Mukarram Bereket Şahın keçmiş həyat yoldaşı olub. Onlar 1990-94-cü illərdə ailəli olublar.