Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursi ürəktutmadan dünyasını dəyişib.
medicina.az xəbər verir ki, bu barədə Misirin "Məsrəvi” qəzeti mənbələrinə istinadən xəbər verib.
Qahirənin əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya çatdırılana qədər həyatını itirib. Təhlükəsizlik orqanları baş vermiş hadisə haqda məlumatlandırılıb.
Mursi ailəsinin vəkili Misirin keçmiş prezidentinin kiçik oğlunun ölümünü təsdiqləyib. Onun sözlərinə görə, Abdullah Mursi sükan arxasında ürəktutma keçirib.
Xatırladaq ki, Adullahın atası Məhəmməd Mursi bu ilin iyun ayında məhkəmə zalında dünyasını dəyişib